"Mançester Yunayted" Lisandro Martinesin mövsümün sonunda başa çatan müqaviləsini yeniləməyəcək.

Offsideplus.az xəbər verir ki, bu barədə "Diario Sport" nəşri məlumat yayıb.

28 yaşlı futbolçu karyerasını İspaniya La Liqasında davam etdirə bilər. "Atletiko" Martinesi heyətinə qatmaq istəyir. La Liqa nəhəngi yayda azad agent statusunda olacaq argentinalı ilə yaxın vaxtlarda danışıqlara başlamağı planlaşdırır.

"İnter", "Roma" və "Komo" da müdafiəçinin xidmətində maraqlıdır.