Adı PSJ ilə hallanan “Barselona"nın futbolçusu Fermin Lopezin transferi ilə bağlı məsələyə aydınlıq gəlib.


Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, 23 yaşlı ispaniyalı komandadakı mövqeyindən məmnundur.

"Barselona"nın maliyyə çətinlikləri səbəbindən Lopezi sata biləcəyi deyilsə də, hazırda klub rəhbərliyinin onun performansından razı olduğu bildirilir.

Qeyd edək ki, yarımmüdafiəçinin Kataloniya təmsilçisi ilə müqavilə müddəti 2031-ci il iyunun 30-na qədərdir.