“Komanda çox istəklidir”.
Offsideplus.az "AS" nəşrinə istinadən xəbər verir ki, bu sözləri “Real”ın baş məşqçisi Joze Mourinyo deyib. Mütəxəssis “Barselona” üzərində qazanılan 2:1 hesablı qələbədən sonra komandadakı atmosferlə bağlı fikirlərini bölüşüb:
"Mən komandada həmişə qarşılıqlı hörmət, işləmək istəyi, qələbə və məğlubiyyətlərə sakit münasibət görmüşəm. Komandamız gənc olsa da futbolçular böyük yetkinlik nümayiş etdirirlər. Barselonadakı qələbəni qeyd etdikdən sonra əvvəlki konsentrasiya və motivasiya ilə adi məşqlərimizə qayıtmışıq. Bu mövsüm məqsədimiz çempion olmaqdır".
Qeyd edək ki, Madrid təmsilçisi növbəti oyununu noyabrın 1-də səfərdə “Rasinq”ə qarşı keçirəcək.


