"Kəpəz" Futbol Akademiyasının 17 yaşlılardan ibarət komandasının (U-17) iki üzvü – Turan Salahlı və Fərda Məmmədzadə AFFA U-17 Liqasının I turunun rəmzi "11-liy"inə seçilib.
Offsideplus.az xəbər verir ki, adıçəkilən futbolçular I turda səfərdə "Araz-Naxçıvan" üzərində qazanılan 3:0 hesablı qələbədə əsas pay sahibi olublar.
Həmin oyunda Fərda Məmmədzadə dublla yadda qalıb, Turan Salahlı isə müdafiədəki inamlı oyunu ilə seçilib.
Qeyd edək ki, AFFA-nın aşağı yaş qrupları üzrə çempionatlarında futbolçuların texniki göstəriciləri "Eyeball" platforması vasitəsilə qeydə alınır.
Cari mövsümdən etibarən məhz bu sistemin analitik məlumatları əsasında U-19 və U-17 Liqalarında turun rəmzi komandası formalaşdırılır.


