Venesuelanın paytaxtı Karakasda təşkil olunacaq U-20 dünya çempionatında Azərbaycan şahmatçıları da qüvvəsini sınayacaq.
Offsideplus.az xəbər verir ki, noyabrın 18-dən 27-dək davam edəcək nüfuzlu yarışda ölkəmizi Xaqan Əhməd və Lalə Hüseynova təmsil edəcəklər.
Qeyd edək ki, hər iki şahmatçımız karyeralarında mühüm uğurlara imza atıblar.
Xaqan Əhməd U-14 yaş kateqoriyasında Avropa, Lalə Hüseynova isə U-16 qrupunda dünya çempionu adını qazanıb.


