Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa təyinat alıb.
Offsideplus.az xəbər verir ki, o, kişi voleybolçular arasında Çelenc Kubokunun 1/32 final mərhələsi çərçivəsində keçiriləcək "OFI Crete" (Yunanıstan) – "Helios Grizzlys Giesen" (Almaniya) oyununa supervayzer təyin olunub.
Qeyd edək ki, qarşılaşma sabah – noyabrın 18-də Yunanıstanda baş tutacaq.


