Misli Premyer Liqasının XII turunda baş tutacaq "Kəpəz" – "Qarabağ" matçının bilet satışında rekord göstərici qeydə alınıb.
Offsideplus.az xəbər verir ki, Gəncə klubunun yaydığı məlumata əsasən, bir sutka ərzində qarşılaşmaya 8400 bilet alınıb.
Bu rəqəm 15 363 azarkeş tutumuna malik Gəncə şəhər stadionunun təxminən 55 faizinin artıq dolması deməkdir.
Qeyd edək ki, "Kəpəz" – "Qarabağ" görüşü noyabrın 22-də, saat 17:00-da başlayacaq.
Gəncə təmsilçisinin cari mövsümdə ev oyunlarında ən yüksək azarkeş sayı sentyabrın 4-də "Şamaxı"ya qarşı matçda (15 000 tamaşaçı) qeydə alınıb.


