Şənbə günü Qətərdə təşkil olunacaq "UFC Qatar" turnirində azərbaycanlı döyüşçü Tahir Abdullayev də oktaqona çıxacaq. 

Offsideplus.az xəbər verir ki, o, gecənin ilkin kartında yarımorta çəki dərəcəsində avstraliyalı Ceyk Metyusla üz-üzə gələcək.

Turnirin çəkiölçmə mərasimi artıq yerli vaxtla cümə günü baş tutub. Gecənin əsas döyüşündə isə keçmiş yarımorta çəki çempionu İrji Proxazka məğlubiyyətsiz irəliləyən (11-0) Navaxo Stirlinqlə qarşılaşacaq.

Ötən il Stirlinqin "City Kickboxing" komandasından olan yoldaşı Karlos Ulberqə uduzan Proxazka bu dəfə həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Son döyüşündə Yan Blaxoviçi üstələyən Stirlinq qalib gələcəyi təqdirdə, hazırkı çempion Ulberqlə titul görüşünə bir addım da yaxınlaşacaq.

Turnirin tam döyüş proqramı aşağıdakı kimidir:

Əsas kart:

Yarımorta çəki: İrji Proxazka – Navaxo Stirlinq

Yüngül çəki (66 kq): Alcameyn Sterlinq – Kevin Valyexos

Yüngül çəki: Den Huker – Brayan Orteqa

Ən yüngül çəki: Kyoci Horiquçi – Asu Almabayev

Orta çəki: Cared Kannonir – İkram Əlisgərov

İlkin kart:

Yarımyüngül çəki: Aleksandre Topuriya – Santyaqo Luna

Ağır çəki: Şamil Qazıyev – Tallison Teyşeyra

Ən yüngül çəki: Əmir Albazi – Alessandro Kosta

Yarımorta çəki: Ceyk Metyus – Tahir Abdullayev

Yüngül çəki: Nikolas Motta – Dom Mar Fan

Yarımorta çəki: Diyar Nurqojay – Alik Lorens

Yüngül çəki: Şoaib Yusaf – Con Mitçell