Nadir Hifi bu mövsüm "Paris"in əsas qəhrəmanına çevrilib. Gənc müdafiəçi son üç oyunda həlledici anlarda komandasını qələbəyə daşıyan atışlarla yadda qalıb.

Offsideplus.az xəbər verir ki, "Fənərbaxça" ilə qarşılaşmada Hifi əlavə vaxtın sonunda reallaşdırdığı layapla "Paris"ə 111:109 hesablı qələbə qazandırıb. "Barselona" ilə səfər oyununda isə 14 saniyə qalmış üçxallıq atışla 86:86 bərabərliyini pozub. İki gün sonra "Hapoel Tel-Əviv"ə qarşı da son saniyələrdə üçlük isabətli olub və "Paris" 97:96 hesabı ilə qalib gəlib.

Hifi bu uğurları komanda yoldaşlarının ona olan inamı və özünün hazırlığı ilə əlaqələndirib: "Belə anları sevirəm. Bunun üçün çox çalışıram. Komanda yoldaşlarım həmişə mənə güvənir, hətta atışlarım dəqiq olmayanda da. Altı oyundur ardıcıl qələbə qazanırıq və bu bizi sevindirir".

"Paris"in bu seriyası "Dubay", "Makabi Təl-Əviv" və "Anadolu Efes" üzərində qələbələri də əhatə edir. Hifi son oyunda 18 xal və 5 assistlə fərqlənib. Onun mövsüm ərzində orta göstəriciləri 20,9 xal, 4,2 assist və 20,0 effektivlik balıdır (10 oyunda).

Fransa klubu debüt etdiyi 2024–25 EuroLeague mövsümündə artıq 10 oyundan ibarət qələbə seriyası ilə yadda qalıb və 12-ci turda turnir cədvəlinə başçılıq edib. Altı ardıcıl qələbədən sonra Hifi seriyanı daha da uzatmaq niyyətindədir: "Bəlkə də 10 oyunluq seriyanı qırarıq. Əlimizdən gələni edəcəyik".