İngiltərə millisinin və "Bavariya Münhen"in hücumçusu Harri Keyn komanda yoldaşı Maykl Olisenin gələcəkdə "Qızıl top" mükafatını qazana biləcəyini bildirib.

Offsideplus.az xəbər verir ki, Keyn Olise haqqında bunları deyib: "Maykl fantastik oyunçudur. Hər gün məşqlərdə onun meydanda nəyə qadir olduğunu görürük. Şübhəsiz, o, "Bavariya Münhen"ə daha bir "Qızıl top" qazandıra biləcək bütün keyfiyyətlərə malikdir. Bu, dəqiqdir".