“Barselona”nın idman direktoru Dekodan transfer edə bilmədikləri futbolçulardan hansına görə peşman olduğu soruşulub.

Offsideplus.az xəbər verir ki, o, bu suala “Liverpul”un kolumbiyalı hücumçusu Luis Diasın adını çəkməklə cavab verib.

Dekodan yanvar transfer pəncərəsində müdafiəçi transferinin mümkün olub-olmadığı da soruşulub. O bildirib ki, hər şey mümkündür, lakin zədələr vəziyyəti çətinləşdirib. Klub rəhbərliyi baş məşqçi ilə müzakirələr apararaq hansı mövqeyə və futbolçuya ehtiyac olduğunu dəqiqləşdirməlidir.

Dekonun sözlərinə görə, yanvarda transfer həyata keçirmək üçün klubun axtardığı futbolçunun profili dəqiq müəyyənləşdirilməlidir.