"Real Madrid" yay transfer pəncərəsində Nikolas Pası geri qaytarmaq niyyətindədir.

Offsideplus.az xəbər verir ki, Madrid klubu argentinalı yarımmüdafiəçini 80 milyon avro qarşılığında "Komodan" almaq üçün geri alma bəndini aktivləşdirməyi planlaşdırır. Jurnalist Melçor Ruiz bildirib ki, "Real Madrid" 22 yaşlı futbolçunu növbəti mövsüm heyətinə qatmaqda qərarlıdır.

Qeyd edək ki, bu yay "Komodan" Pası "Real Madrid"dən 60 milyon avroya transfer edib. Bundan əvvəl isə italiyalılar oyunçu üçün əlavə 6 milyon avro ödəmişdi. Nikolas Pas cari mövsümdə A Seriyasında və Çempionlar Liqasında 14 oyunda iştirak edib, 6 qol vurub və 8 məhsuldar ötürmə verib.