Almaniya Bundesliqasında X turun oyunlarına bu gün start veriləcək.

Offsideplus.az xəbər verir ki, turun açılış matçında liderlər qrupunda yer alan "Bavariya" doğma meydanda "Köln"ü qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Şənbə günü prinsipial "Borussiya" derbisi – Münhenqladbax və Dortmund təmsilçilərinin dueli baş tutacaq.

Bundan əlavə, "Bayer" "Paderborn"u, "Şalke 04" isə "Ştutqart"ı sınağa çəkəcək.

Tura bazar günü keçiriləcək "Verder" – "Hamburq" görüşü ilə yekun vurulacaq.

Bundesliqa, X tur

20 noyabr (cümə)

23:30. "Bavariya" – "Köln"

21 noyabr (şənbə)

18:30. "Union Berlin" – "Leyptsiq"

18:30. "Bayer" – "Paderborn"

18:30. "Borussiya" (Münhenqladbax) – "Borussiya" (Dortmund)

18:30. "Ayntraxt" (Frankfurt) – "Hoffenhaym"

18:30. "Elversberq" – "Frayburq"

21:30. "Şalke 04" – "Ştutqart"

22 noyabr (bazar)

18:30. "Auqsburq" – "Maynts 05"

20:30. "Verder" – "Hamburq"