"Mayami Hit"in Deyjonte Myurreyi transfer etmək ehtimalı aşağı qiymətləndirilir. Klubun maliyyə məhdudiyyətləri və Deyvion Mitçellin son vaxtlar göstərdiyi uğurlu çıxış bu qərara təsir edib.

Offsideplus.az xəbər verir ki, insayder Ceyk Fiçerin məlumatına görə, "Mayami Hit"lə Myurreyin nümayəndələri arasında heç bir ciddi təmas olmayıb. Fiçer qeyd edib ki, komandanın altı oyunluq qələbə seriyası və Deyvion Mitçellin inamlı oyunu fonunda, Myurreyin mövsümdən sonrakı müqavilə məbləği və klubun maaş büdcəsi ilə bağlı problemləri səbəbindən "Hit" onu transfer hədəfləri sırasına daxil etməyə ehtimal vermir.