UFC-nin qadınlar arasında ən yüngül çəki dərəcəsində çıxış edən Manon Fioro dopinq-testindən keçə bilmədiyi üçün üç ay müddətinə diskvalifikasiya olunub.

Offsideplus.az xəbər verir ki, onun qan nümunəsində ostarin maddəsi aşkarlanıb.

UFC-nin apardığı araşdırma nəticəsində məlum olub ki, bu maddə Fioronun orqanizminə təsadüfən düşüb və idman nəticələrinə ciddi təsir göstərməyib.

Nümunə 12 sentyabr tarixində UFC Noche turnirində götürülüb. Həmin axşam Fioro Aleksa Grasso ilə qarşılaşıb və hakimlərin yekdil qərarı ilə məğlub olub.