Keçmiş PFL çempionu Usman Nurmaqomedov uzun fasilədən sonra ilk dəfə sosial şəbəkədə paylaşım edib. O, qara-ağ fotonu və Toni Montananın "pis oğlan" haqqında monoloqunu musiqi ilə birlikdə yayımlayıb.
Offsideplus.az xəbər verir ki, bu, Usmanın noyabrın 11-də Əbu-Dabidə Merab Dvalişvili ilə baş verən insidentdən sonra ilk ictimai çıxışıdır. Paylaşımda belə bir sitat yer alıb: "Niyə baxırsınız? Hamınız axmaqsınız. Bilirsiniz niyə? Çünki istədiyiniz kimi olmağa cəsarətiniz çatmır. Sizin mənim kimi adamlara ehtiyacınız var. Ona görə ki, barmaqla göstərib deyəsiniz: 'Baxın, pis budur.' Bəs özünüz necə, yaxşısınız? Çətin. Sadəcə yaxşı rolunu oynamağı, yalan danışmağı bacarırsınız. Mənim isə belə bir vərdişim yoxdur." Qeyd edək ki, oteldə baş verən davadan sonra polis 10 nəfəri saxlamış, 8 nəfərə həbs cəzası verilmişdi. 17 noyabrda isə bütün iştirakçılar azadlığa buraxılıb. Usman və dostları cəza alsalar da, azad edilərək deportasiya olunublar.


