"Real Madrid" klubunun gənc ulduzu Endrik karyerasında daha çox oyun vaxtı qazanmaq məqsədilə yanvar ayında komandadan ayrılmaq variantını nəzərdən keçirir.

Offsideplus.az xəbər verir ki, İtaliyanın "Milan" klubu braziliyalı hücumçunu icarəyə götürmək mübarizəsində əsas namizədə çevrilib.  

​"Santiaqo Bernabeu"da kifayət qədər şans qazanmaqda çətinlik çəkən 20 yaşlı hücumçunun düşərgəsi Serie A-da "Milan" formasını geyinmək variantına yaşıl işıq yandırıb.  

​Madrid təmsilçisi gənc ulduzunu birdəfəlik satmaq niyyətində deyil. "Kral klubu" oyunçunu yalnız icarəyə verməyə açıqdır və razılaşmaya yüksək satın alma opsiyası ilə yanaşı özünün geri alma hüququnu da əlavə etmək istəyir.