"Mançester Siti" klubunun 100-dən artıq maliyyə qaydasını pozmaqda ittiham olunmasından cəmi bir neçə saat sonra klubun sahibi Şeyx Mənsurun yaxın adamı və klubun sədri Xəldun Əl-Mubarak Böyük Britaniyanın həmin dövrdəki maliyyə naziri (Xəzinədarlıq Kansleri) Ceremi Hant ilə təcili görüş keçirib.

​Offsideplus.az xəbər verir ki, Xəzinədarlıq rəsmiləri görüş zamanı futbol mövzusunun qaldırılmamasını xüsusi olaraq xahiş etsələr də, Əl-Mubarak birbaşa ittihamlara toxunub.

​Sədr klubun rəsmən ittiham olunmasından dərhal sonra Premyer Liqanın "Mançester Siti"yə qarşı sərgilədiyi sərt mövqedən narazılığını açıq şəkildə dilə gətirib.

​Bu yüksək səviyyəli görüş hökumət dairələrində və mətbuatda klubun dövlət səviyyəsində təsir imkanlarından istifadə etməyə çalışması kimi qiymətləndirilib.