Misli Premyer Liqasında 3 həftəlik fasilə bu gün başa çatır.

Offsideplus.az xəbər verir ki, açılış oyununda "Kəpəz" Şamaxıda "Araz-Naxçıvan"ın qonağı olacaq.

Bu, Naxçıvan təmsilçisinin yeni baş məşqçisi Yuri Maksimovun debüt oyunu olacaq.

"Kəpəz" 7 xalla 7-ci yerdədir. "Araz-Naxçıvan" isə 2 xalla sonuncu 12-ci yerin sahibidir.

MPL, VII tur

9 oktyabr (cümə)

16:00 “Araz-Naxçıvan” – “Kəpəz”

Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Tərlan Talıbzadə, Niyaz Əhmədov

VAR: Rəvan Həmzəzadə

AVAR: Şirmamed Mamedov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Şamaxı şəhər stadionu