Aleksandr İsak və Kodi Qakpo İngiltərə Premyer Liqasının 11 oktyabrda keçiriləcək "Mançester Siti" ilə qarşılaşmasında "Liverpul"un heyətində yer almayacaq.

Offsideplus.az xəbər verir ki, hər iki futbolçu milli komandalarının düşərgəsində zədələnib. "Kodinin topuq zədəsi var. Bu cür problemləri əvvəllər də olub, əsas məsələ ağrını necə idarə edəcəyidir. Hazırda fərdi proqram üzrə məşq edir, lakin bazar gününə qədər hazır olmayacaq. Aleksin isə bud nahiyəsində yüngül zədə var. O, özünü tam hazır hiss edən kimi qayıdacaq. Hər iki halda uzunmüddətli itki gözlənilmir", – deyə baş məşqçi Andoni İraola bildirib.