"Real Madrid" İtaliyanın "Napoli" klubunda çıxış edən Skott Maktomineyi heyətinə qatmaqda maraqlıdır.

Offsideplus.az xəbər verir ki, İspaniya nəhəngi şotlandiyalı yarımmüdafiəçinin Neapol təmsilçisi ilə müqavilə yeniləmə danışıqlarını diqqətlə izləyir.

Bu barədə "Tuttomercato" portalı məlumat yayıb.

"Kral klubu" mövsümün sonunda 29 yaşlı futbolçunu transfer etməyi planlaşdırır.

S. Maktominey iki mövsümlük "Napoli" karyerasında 82 oyunda 27 qol vurmağı bacarıb.