Londonun "Çelsi" klubu fransalı müdafiəçi Malo Qusto üçün tələb etdiyi qiyməti endirməyi nəzərdən keçirir.
Offsideplus.az xəbər verir ki, ötən yay "The Blues" futbolçunun dəyərini təxminən 75 milyon funt-sterlinq olaraq qiymətləndirirdisə, yaranan yeni şəraitdə bu məbləğin aşağı salına biləcəyi bildirilir.
-
İzləyən nəhənglər: İspaniyanın "Atletiko Madrid" klubu transfer imkanlarını fəal şəkildə araşdırır. Eyni zamanda "Bavariya", "Yuventus", "Tottenhem" və PSJ də fransalı sağ cinah müdafiəçisinin vəziyyətini yaxından izləyən klublar sırasındadır.
-
Oyunçunun mövqeyi: Malo Qusto diqqətini "Stamford Bic"də əsas heyətdə möhkəmlənməyə yönəltsə də, istədiyi rol və daimi oyun vaxtı əldə edə bilməsə karyerasını başqa klubda davam etdirmək variantını nəzərdən keçirə bilər.


