Dünyaca məlum müğənni Shakira ilə keçmiş həyat yoldaşı, sabiq futbolçu Jerar Pike arasında övladlarının qəyyumluq razılaşması ilə bağlı yeni problemlər yaranıb.

Offsideplus.az xəbər verir ki, iddialara görə, keçmiş cütlük uşaqların tətilləri və hər bir valideynin övladları ilə neçə həftə keçirmək hüququna malik olması məsələsində fikir ayrılığı yaşayır.

Uzun müddət əvvəl yollarını ayıran və qərezi razılığa gələn cütlüyün bu yeni mübahisələri onların onsuz da gərgin olan münasibətlərini yenidən çətin vəziyyətə salıb.