Misli Premyer Liqasında VII turun mərkəzi qarşılaşması bu gün baş tutacaq.

Offsideplus.az xəbər verir ki, son çempion "Sabah" "Neftçi"nin qonağı olacaq.

Hər iki komandanın aktivində 15 xal var. Lakin "Sabah" bir oyun az keçirib.

Görüş saat 19:30-da başlayacaq.

MPL, VII tur

9 oktyabr (cümə)

19:30 “Neftçi” – “Sabah”

Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Vüsal Məmmədov, Emin Əliyev

VAR: Kamal Umudlu

AVAR: Teymur Teymurov

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov

“Neftçi Arena”