​"Milan" klubu yanvar ayında Endrikə karyerasında yeni səhifə açmaq imkanı qazandıra biləcək transfer üçün hazırlıqlara başlayıb.

Offsideplus.az xəbər verir ki, ​20 yaşlı hücumçu cari mövsümdə "Real Madrid"in heyətində demək olar ki, şans qazanmır. Kilian Mbappe və Karlos Espinin rəqabəti fonunda gənc futbolçu əsas komandada cəmi 10 dəqiqə meydanda olub.

​İtaliya təmsilçisi yayda da Endriki heyətinə qatmağa çalışmışdı, lakin Joze Mourinyo bu keçidin qarşısını almışdı. 

​"Roma" klubu da vəziyyəti izləyir, lakin pərdəarxası əlaqələr sayəsində "Milan" daha əlverişli mövqedədir.