Baş məşqçi Niko Kovaç "Borussiya"nın Bundesliqanın 5-ci turunda "Verder"lə 2:2 hesablı heç-heçəsini şərh edib.

Offsideplus.az xəbər verir ki, Dortmund təmsilçisi 88-ci dəqiqəyə qədər 2:0 hesabı ilə öndə olsa da, qələbəni əldən verib və ilk dəfə çempionatda xal itirib.

Kovaç bildirib: "Biz 88 dəqiqə ərzində rəqibə tam üstünlük etdik və onları çətin vəziyyətə saldıq, lakin oyunu istədiyimiz kimi başa çatdıra bilmədik. Burada yalnız özümüzü günahlandırmalıyıq – ikinci hissədə qol imkanlarımız oldu. Təbii ki, məyusuq: iki xal itirdik. Ümid edirəm, son səkkiz dəqiqədə baş verənlərdən dərs çıxaracağıq".