“Qalatasaray”ın baş məşqçisi Okan Buruk komandanın yarımmüdafiəçisi İlkay Gündoğanın açıqlamasına münasibət bildirib.

Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verilir ki, İstanbul təmsilçisinin “Kasımpaşa” üzərində 3:1 hesablı qələbəsindən sonra İlkay Gündoğanın sözləri müzakirələrə səbəb olub.

35 yaşlı futbolçu stadiondan ayrılarkən jurnalistin UEFA Çempionlar Liqasında “Barselona” ilə oyun üçün hazır olub-olmaması barədə sualını cavablandırıb: “Onsuz da oynamıram ki, niyə hazır olum?”

Bu açıqlama futbolçunun az oyun vaxtı alması ilə bağlı narazılığı kimi qiymətləndirilib.

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk isə İlkayın sözlərinin arxasında emosional gərginliyin dayana biləcəyini deyib.

“İsinib oyuna daxil ola bilmədiyi üçün əsəbiləşmiş ola bilər. İlkay bizim çox dəyərli futbolçumuzdur. Daha çox oynamaq istəməsi normaldır”, – deyə mütəxəssis bildirib.

Qeyd edək ki, İlkay Gündoğan cari mövsümdə iki rəsmi oyunda meydana çıxıb və ümumilikdə 11 dəqiqə oynayıb.