“Məqsədimiz onu qorumaqdır”.

Offsideplus.az xəbər verir ki, bu sözləri “Sumqayıt” klubunun prezidenti Riad Rəfiyev evdə “Qəbələ”yə 4:1 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının VII tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.

Klub rəhbəri Nihad Əhmədzadənin əvəzedici komandaya göndərilməsi ilə bağlı məsələyə aydınlıq gətirib:

“Nihadla bağlı mətbuatda xeyli xəbərlər dolaşdı. Onun guya müqavilə imzalamaq istəmədiyi deyilirdi. Lakin bu, tamamilə yalan məlumatdır. Belə bir şey yoxdur. Nihadin klubumuzla 2028-ci ilə qədər müqaviləsi var. Onun əvəzedici komandaya göndərilməsinin səbəbi isə tam başqadır. Nihad da, yaxınları da bunun səbəbini çox gözəl bilirlər. Ümid edirəm ki, hələ gec deyil və Nihad etdiyi səhvləri anlayaraq meydandan kənardakı həyat tərzində müəyyən dəyişikliklər edəcək”.

Rəfiyev problemin nizam-intizamla bağlı olduğunu vurğulayıb: “Mən bütün gənc futbolçularımızın hər zaman arxasında olmuşam və olacağam. Sadəcə, son vaxtlar Nihadla bağlı çox pis məlumatlar alırdıq. Təəssüf ki, bu məlumatlar doğru idi”.