“Düşünürəm ki, komandamız oyuna çox yaxşı start verdi və erkən qollarla üstünlüyü ələ aldı”.
Offsideplus.az xəbər verir ki, bu sözləri mətbuat konfransında “Sumqayıt”ın baş məşqçisi Filipe Kandido deyib.
Mütəxəssis Misli Premyer Liqasının VII turunda "Qəbələ” üzərində qazandıqları 4:1 hesablı qələbəni şərh edib: “Nəticə də göstərir ki, biz daha çox qələbəyə layiq idik. İki qoldan sonra rəqibin müəyyən təhlükəli hücumları oldu və onlardan birini reallaşdırdılar. Ancaq bizim də cavabımız gecikmədi və beləliklə, ilk hissəni üstünlüklə başa vurduq.
İkinci hissə haqqında deyə bilərəm ki, çıxışımız məni o qədər də qane etmədi. Futbolçuların daha çox qol vurmaq istəyi planlarımızı pozurdu. Ancaq əsas odur ki, dördüncü qolu da vurduq. Biz bu oyuna ciddi hazırlaşmışdıq. Xüsusilə də milli komandanın oyunlarına görə yaranan fasilədən yaxşı istifadə edə bildik”.
Qeyd edək ki, "Sumqayıt"dan Mamadi Banqre (6), İssa Suliman (9), Ronaldo Vaskez (29) və Lukas Blek (67), qonaqlardan isə Şahin Şahniyarov (25) fərqlənib.


