"Barselona"nın müdafiəçisi Jül Künde klub tarixində ən çox matçda meydana çıxan fransalı futbolçu olub.
Offsideplus.az xəbər verir ki. xəbər verir ki, 27 yaşlı müdafiəçi İspaniya çempionatında "Xetafe" ilə qarşılaşmada "Barselona"nın heyətində 194-cü oyununu keçirib.
Matçda fərqlənən Künde Erik Abidalın rekordunu geridə qoyub.
Qeyd edək ki, matç "Barselona"nın 3:0 hesablı qələbəsi ilə başa çatıb.


