Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma baş tutacaq.
Günün ilk matçında “Qarabağ” “İmişli”nin qonağı olacaq. Yevlax şəhər stadionunda oynanılacaq görüş saat 16:00-da start götürəcək.
Qeyd edək ki, turnir cədvəlində Ağdam təmsilçisi 13 xalla 3-cü, "İmişlii isə 4 xalla 9-cudur.


