“Milli fasilədən sonra çətin olacağını bilirdik. Milliyə gedən oyunçularımız var idi. Vuruşaraq xal qazandıq. 6 səfər oyunumuz olub, xalla ayrılmışıq. “Zirə”yə uğurlar arzu edirəm”.
Offsideplus.az xəbər verir ki, bu sözləri “Zirə” ilə oyundan sonra keçirilən mətbuat konfransında “Şamaxı”nın baş məşqçisi Azər Bağırov deyib.
Qeyd edək ki, matç 1:1 hesabı ilə yekunlaşıb.


