"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik Premyer Liqanın 6-cı turunda "Tottenhem"lə 1:1 hesablı heç-heçə barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Kerrik qarşılaşmanın çətin keçdiyini bildirib: "Oyunun əvvəlində bizə asan olmadı. Müəyyən səbəblərdən istədiyimiz səviyyəni göstərə bilmədik. Komandanın ağır dövr yaşadığı hiss olunurdu. Lakin futbolçular tədricən oyuna alışdılar. İkinci hissədə, məncə, hər sahədə daha yaxşı idik. İstədiyimiz vəziyyətə gəldik və üstünlüyü qorumaq lazım idi. Belə situasiyalarda nəzarəti əldən verməməliyik. Son dəqiqələrdə iki acı qol buraxdıq və indi hər şey fərqli görünür. Reallıq budur. Düşünmürəm ki, problem inamsızlıqdır, amma oyunun gedişi tez dəyişə bilər. Biz geri dönə bildik və özümüzü yaxşı vəziyyətə çıxardıq. Ən çox da bu məyus edir".
Azarkeşlərin fasilədə və final fitindən sonra fitə basmasına münasibət bildirən baş məşqçi əlavə edib: "Bu, xoşagəlməz və mənim üçün ağrılıdır, çünki bu klub mənə laqeyd deyil. Amma azarkeşlərin məyusluğunu başa düşürəm. Reallıq budur, yenidən qələbə qazanmağa başlamalıyıq".


