“Olduqca ağır oyun keçdi. 3 həftə idi hazırlaşırdıq. Gərgin olacağını bilirdik. İlk hissədə çox üstün olsaq da, ikinci yarı belə olmadı. Hesabı bərabləşdirdik, təəssüf ki, qələbə qolunu vura bilmədik. Fasilədə bəzi oyunçularımız zədələndi. Əsas da Cibrila. Quima da zədəlidi. Papunaşvili xəstələnmişdi. Cəmi 1 məşq edib. Eren də həmçinin. Leqbonun da zədədən sonra ilk oyunu idi. Yorğun idi. Yaxşı epizodları qaçırdıq. Bir çərçivəyə zərbə oldu, onda da qol buraxdıq”.
Offsideplus.az xəbər verir ki, bu sözləri “Şamaxı” ilə oyundan sonra (1:1) keçirilən mətbuat konfransında “Zirə”nin çalışdırıcısı Rəşad Sadıqov deyib:
Zədəlilərin çoxluğu barədə:
“Leqbonun çiyni çıxmışdı. Papunaşvili qızdırmalıydı. Cibrila millidə zədələnir. Qapıçının adı epizodda sümüyü sınır. Çətin qrafikdə əlimizdən gələcək bir şey yoxdur.
Anar Nəzirovun durumu haqqında:
“Üçüncü qapıçıdır. Həm də köməkçi qapıçı-məşqçidir”.
Cibrilanın zədəsi barədə:
“İssa zədələrlə məni o qədər yorub ki… Ordan mesaj göndərəndə ki, zədələnmişəm… 2-3 həftəlikdir zədəsi”.
Tyaqo Silvanın “Şəfa”ya keçidi haqqında:
“Tyaqo hər kəsin sevimlisi idi. Mövsümün başa çatmağına 1-2 ay qalmış müqavilə təklif etmişdik. Razılaşırdıq, vaxt istədi. Amma avrokuboklara hazırlaşırdıq. Ona uğurlar arzu edirəm”.


