"Mançester Siti"nin hücumçusu Erlinq Haaland yeni mövsüm öncəsi imicində etdiyi kəskin dəyişiklikdən və bunun gündəlik həyatına təsirindən danışıb. 

Offsideplus.az xəbər verir ki, uzun saçları ilə vidalaşan norveçli ulduz küçədə daha rahat hərəkət etdiyini bildirib: 

"Dürüst olsam, artıq küçədə məni o qədər də tanımırlar. Hələ də iri cüssəliyəm, amma artıq o gözəl sarı saçlarımı görə bilmirsiniz. Məncə, dəyişiklik yaxşı oldu".