İtaliya millisinin sabiq müdafiəçisi, hazırda Özbəkistan yığmasını çalışdıran Fabio Kannavaro "Qızıl top" mükafatı ilə bağlı diqqətçəkən açıqlama verib.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis Xviça Kvaratsxeliya haqqında yüksək fikirlər səsləndirib:

"Yaxşı yaddaşım var, yalnız son hadisələrə köklənmirəm. Ötən mövsüm Çempionlar Liqasında futbol baxımından ən təsirli oyunçu Kvaratsxeliya idi. Səs vermək imkanım olsaydı, tərəddüd etmədən ona səs verərdim. Əlbəttə, hər kəs dünya çempionatına, Mbappeyə və ya Messinin karyerasına diqqət yetirə bilər. Amma Kvara meydanda inanılmaz işlər görürdü".