Bakıda təşkil olunan cüdo üzrə dünya çempionatı Azərbaycan milli komandası üçün növbəti medallarla əlamətdar olub.
Offsideplus.az xəbər verir ki, +100 kq çəki dərəsində mübarizə aparan Uşanqi Kokauri turnirin gümüş medalına sahib çıxıb. Mütləq çəkidə həlledici qarşılaşmaya yüksələn cüdoçumuz finalda rusiyalı İnal Tasoyevə uduzaraq fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.
Eyni çəki dərəcəsində yer alan digər təmsilçimiz Kənan Nəsibov isə bürünc medal uğrunda görüşdə komanda yoldaşı Camal Qamzatxanovla üz-üzə gəlib. Azərbaycan derbisindən üstün ayrılan Nəsibov dünya çempionatının bürünc mükafatçısı olub.
Milli Gimnastika Arenasında keçirilən mundial oktyabrın 11-də başa çatacaq.
Qeyd edək ki, daha əvvəl təmsilçilərimizdən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) isə bürünc medal qazanıblar.


