"Real Madrid"in braziliyalı cinah oyunçusu Vinisius Junior La Liqanın 8-ci turunda "Vilyarreal"a qarşı keçirilən oyunda ehtiyat oyunçular skamyasında əyləşib.
Offsideplus.az xəbər verir ki, bu, onun cari mövsümdə həm Madrid klubunda, həm də Braziliya millisində ilk dəfə əsas heyətdə yer almaması kimi yadda qalıb.
Futbolçu İspaniya çempionatında keçirdiyi 7 oyunda 1 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.


