Robert Uittaker Aleks Pereyranın Sergey Pavloviçi nokaut edə biləcəyini düşünür.
Offsideplus.az xəbər verir ki, o, bu qarşılaşmada Pereyranın üstün olacağını bildirib:
"Pavloviç çox ləngdir. Pereyra onu asanlıqla məğlub edəcək. Fikrimcə, döyüş tez başa çatacaq. Pavloviç son döyüşündə yaxşı təsir bağışladı, amma Pereyra ayaqüstü döyüşdə çox güclüdür. Artıq o, ağır çəkiyə tam uyğunlaşıb və daha yaxşı hərəkət edəcək. Aleks üçün bir dəfə dəqiq zərbə endirmək kifayətdir. Döyüş birinci raundda bitəcək. Pavloviç üçün kikboksçulara qarşı döyüşmək çətindir, hər dəfə ön ayağına zərbə alır. Onun duruşu da Aleks üçün əlverişli olacaq".
Pavloviçlə Pereyra arasında döyüş 13 dekabrda UFC 335-də keçiriləcək və turnirin ikinci əsas qarşılaşması olacaq.


