UFC-nin orta çəki dərəcəsində keçmiş çempionu Şon Striklend boksda özünü sınamaq arzusundadır.
Offsideplus.az xəbər verir ki, o, bildirib ki, UFC-də dörd dəfə titul döyüşünə çıxıb və iki dəfə qalib gəlib. Striklend əlavə edib ki, artıq divizionun yarısı ilə döyüşüb və indi boksda çempionluq kəməri qazanmaq istəyir.
Striklend istənilən boksçu ilə döyüşməyə hazır olduğunu deyib. O qeyd edib: "Ceyk Pol mənimlə döyüş üçün böyük məbləğ təklif edir. UFC ilə müqaviləm var? Yaxşı, Zuffa-ya gedərəm, onların birinci ağır çəki çempionunu asanlıqla məğlub edərəm". Qeyd edək ki, UFC və Striklend arasında Nассурдин İmavov ilə döyüş üçün qonorar məbləği ilə bağlı razılıq əldə olunmayıb və bu səbəbdən Striklend hələ də titulunu müdafiə etməyə razı olmayıb.


