"Real Madrid"in baş məşqçisi Joze Mourinyo son vaxtlar Kilian Mbappe ətrafında yaşanan qalmaqallara reaksiyasını bildirib və fransalı ulduz müdafiə edib.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı baş məşqçi mətbuatda yayılan şayiələrin süni şəkildə böyüdüldüyünü vurğulayıb:

"Mbappe məsələsinə gəlincə... Təfərrüatlarını bilməyinizə ehtiyac olmayan xüsusi bərpa planı var. Görünür, son bir neçə həftədə futbolun yaşadığı real problemlər bəs etməyib ki, indi də yeni problemlər uydurmağa çalışırlar. Əvvəlcə gecə klubu məsələsini çıxardılar – hansı ki, ortada heç bir gecə klubu yox idi. Bura sadəcə Paris Moda Həftəsi çərçivəsində özəl tədbirə ev sahibliyi edən bir məkan idi.

Sonra İsveçrədəki velosiped əhvalatı gəldi. O, kottec tipli kiçik evlərdən ibarət sakit bir oteldə qalırdı. Həmin velosipedlər də otelin ümumi ərazisinə getmək üçün istifadə olunurdu. Ama kənardan elə qələmə verirlər ki, sanki Mbappe İsveçrə velosürüşündə yarışır".