Neymar Braziliya çempionatının 29-cu turunda "Flamenqo"ya qarşı keçirilən oyunda dubl edib.
Offsideplus.az xəbər verir ki, "Santos"un hücumçusu ikinci hissədə Filippi Koutinyo əvəzinə meydana daxil olub və hesab 0:2 olarkən komandasına kömək edib. 82-ci dəqiqədə Neymar ilk penaltini dəqiq yerinə yetirib, 6 dəqiqə sonra isə ikinci penalti zərbəsindən fərqlənib. O, cari turnirdə 13 oyunda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


