​Karyerasını İtaliyanın "Milan" klubunda davam etdirən Luka Modriç gələcəkdə futbolçu həyatını bitirdikdən sonra rəsmi vəzifədə "Real Madrid"ə qayıtmaq istədiyini bildirib.

Offsideplus.az xəbər verir ki, ​41 yaşlı xorvat ulduz tam olaraq "Milan"dakı çıxışına köklənib. Onun İtaliya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər qüvvədədir.

​Hələlik Madrid təmsilçisi ilə hər hansı rəsmi danışıqlar aparılmır. Veteran yarımmüdafiəçinin "Kral klubu"na qayıtması klub rəhbərliyinin həmin dövrdəki planlarından və marağından asılı olacaq.