AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb.

Offsideplus.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidmətindən məlumat verilib.

O, DÇ-2027-nin seçmə mərhələsində Albaniya və Uels arasında oynanılacaq pley-off qarşılaşmasının UEFA nümayəndəsi olacaq.

Pley-offun I raununun görüşü oktyabrın 9-da Albaniyanın Şkoder şəhərində yerləşən "Loro Boriçi" stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.