"Real Madrid"in əfsanəvi keçmiş futbolçusu peşəkar baş məşqçi kimi fəaliyyət göstərməyi nəzərdən keçirir.
Offsideplus.az xəbər verir ki, almaniyalı sabiq ulduz futbolçu Toni Kroos İspaniya Kral Futbol Federasiyasına (RFEF) məlumat verərək, növbəti mövsümdən onların peşəkar futbolçular üçün təşkil etdiyi məşqçilik kursuna qoşulmaq istədiyini bildirib.
Bu kursu uğurla başa vuran Toni Kroos istənilən səviyyədə və istənilən komandaya rəhbərlik etməyə imkan verən UEFA "A" məşqçilik lisenziyasını əldə edəcək.



