“Real Madrid” klubu Cud Bellinqemin İngiltərə Premyer Liqasına qayıtmasını istəmir. 

Offsideplus.az xəbər verir ki, “Real Madrid”in ingilis futbolçunun gələcəkdə Premyer Liqaya qayıtmasının qarşısını almaq üçün çalışdığı bildirilir. 

Məlumata görə, Madrid klubu ingiltərəli yarımmüdafiəçi ilə müqavilənin yenilənməsi üzərində sakit və tələsmədən işləyir. Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb. 

Qeyd edək ki, Bellinqem 2024-cü ildə "Kral klubuna transfer olunub.