"Real Madrid"in müdafiəçisi Raul Asensio sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün sürücülük hüququndan məhrum edilməsinə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, 23 yaşlı futbolçu avqustun 16-da Qran-Kanariyanın cənubunda baş verən hadisədən sonra 8 ay müddətinə sürücülük vəsiqəsindən məhrum edilib və 14 400 avro məbləğində cərimələnib.

Asensio bu barədə belə danışıb:

"Bu, mənim üçün çox çətin bir dövr idi. Qısa müddətdə həyatımda bir neçə hadisə üst-üstə düşdü. Mourinyo mənə sərt xəbərdarlıq etdi və tamamilə haqlıdır. Mən səhv etdim, bunu əvvəllər də etiraf etmişəm, indi də qəbul edirəm. Artıq üzr istəmişəm və yenidən bunu etməyə hazıram. 23 yaşım var və bu yaşda hər kəs səhv edə bilər. Amma harada olduğumu dərk etməliyəm. Mən "Real Madrid"in oyunçusuyam və belə hallar bir daha təkrarlanmamalıdır. Nəticələri qəbul edirəm və vəziyyəti düzəltməyə tam diqqətimi yönəltmişəm. Ən çox zərəri özüm görürəm. İstəyirəm ki, vəziyyəti dəyişib bu klubla kuboklar qazanım, bu formanı karyeramın sonuna qədər geyinmək arzusundayam. Məhz buna görə belə hadisələr bir daha baş verməyəcək".