İspaniyanın nəhəng klubları "Real Madrid" və "Barselona" növbəti dəfə transfer mübarizəsində rəqib oldular.
Offsideplus.az xəbər verir ki, onlar "Mançester Yunayted"in 15 yaşlı istedadlı futbolçusu JJ Qabriel üçün transfer yarışını gücləndirirlər.
Hər iki İspaniya nəhənginin gənc oyunçu üçün ciddi maliyyə təklifləri irəli sürməyə hazır olduğu bildirilir. Bununla yanaşı, Almaniyanın "Bayern" klubu da Gabrielin nümayəndələri ilə yenidən əlaqə qurub.
Məlumata görə, yaxın vaxtlarda Kipr pasportu alması gözlənilən gənc futbolçu, mövcud planlar həyata keçəcəyi təqdirdə, yanvar ayında sərbəst agent kimi başqa kluba keçə bilər.



