Misli Premyer Liqasında avqust ayının "Ayın qolu" layihəsinin qalibi mükafatlandırılıb.

Offsideplus.az xəbər verir ki, ötən ayın ən gözəl qolunun müəllifi olan "Sabah" futbol klubunun üzvü Ksander Severinaya mükafatı PFL-in inzibati binasında qurumun prezidenti Elxan Səmədov təqdim edib.

Mükafatlandırma mərasimindən sonra təəssüratlarını bölüşən niderlandlı vinqer layihənin qalibi seçilməsindən böyük məmnunluq duyduğunu bildirib.

Severina, həmçinin nümunəvi addım ataraq qazandığı pul mükafatını "Sabah Futbol Akademiyası Gələcəyin İstedadları" fonduna ianə edəcəyini vurğulayıb.