Burkina-Fasonun Prezidenti İbrahim Traore ölkənin futbol işlərinə dövlət səviyyəsində müdaxilə edəcəklərini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, o, FİFA-nın mümkün sanksiyalarına baxmayaraq, bu addımı atmaqda qərarlı olduqlarını bildirib:
"Başqa seçimimiz yoxdur; FİFA tərəfindən uzaqlaşdırılıb-uzaqlaşdırılmayacağımızdan asılı olmayaraq müdaxilə etməliyik."
Prezidentin sözlərinə görə, dövlət müdaxiləsi əsasən dörd istiqamətə – daha yaxşı təşkilatlanma, infrastruktur, oyunçulara dəstək və futbolun inkişafı üçün əlverişli şəraitin yaradılmasına fokuslanacaq:
"İnsanların özlərini daha rahat hiss etmələri və ən yaxşı nəticələrini göstərə bilmələri üçün yeni enerji injeksiya edəcəyik."
Xatırladaq ki, FİFA milli assosiasiyaların daxili işlərinə hökumət müdaxiləsini qadağan edən sərt qaydalara malikdir və bu cür addımlar adətən ölkə futbol qurumunun beynəlxalq yarışlardan kənarlaşdırılması ilə nəticələnə bilər. Lakin Burkina-Faso rəhbərliyi yaranmış vəziyyəti dəyişmək üçün riskə getməyə hazırdır.


